İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, dağıntılar altından daha bir neçə nəfərin meyiti çıxarılıb. Hadisə zamanı xəsarət alanların sayı 28 nəfərə yüksəlib.
Hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.
Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub.
İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib.
Qeyd olunub ki, son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli bina çöküb.
“Report” “Farsnews”a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.
Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.
Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub.
Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.