İranda dərman böhranı yaranıb

İranda dərman böhranı yaranıb İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb.
Region
17 Yanvar , 2023 10:15
İranda dərman böhranı yaranıb

İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib.

Məlumata görə, müşahidə olunan soyuq hava şəraiti ölkənin müxtəlif bölgələrində mövsümi xəstəliklərə yoluxma hallarını artırıb. Bu isə müəyyən dərman preparatlarına olan tələbatı kəskin artırıb.

Bununla yanaşı, qış ayları olmasına baxmayaraq son günlər İranda təbii qazın təchizatında fasilələrin yaranması əhali arasında xəstələnmə sayını daha da artırıb.

Tehran hakimiyyətinin yürütdüyü siyasət səbəbindən ölkə iqtisadiyyatına, o cümlədən neft-qaz sənayesinə tətbiq edilən sanksiyalar da farmakoloji sahədə problem yaradıb.

İngilis versiyası Iran faces medicine crisis

Son xəbərlər

Orphus sistemi