İranda poladəritmə zavodunda partlayış olub, 3 nəfər yaralanıb

İranda poladəritmə zavodunda partlayış olub, 3 nəfər yaralanıb Qəzanın səbəbi araşdırılır.
Region
19 May , 2021 11:39
İranda poladəritmə zavodunda partlayış olub, 3 nəfər yaralanıb

İranın İsfahan şəhərində poladəritmə zavodunda partlayış nəticəsində 26, 28 və 58 yaşlarında 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu “Mehr” agentliyinə İsfahan əyaləti Fövqəladə Hallar Mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.

Onun sözlərinə görə, qəza qızdırıcı sobadakı partlayış nəticəsində baş verib.

A.Abedi yaralıların İsfahandakı Hatəmül-Ənbiya hospitalına yerləşdirildiyini deyib.

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi