“Ötən gün Təbrizin Beheşti prospektindəki faciəvi hadisə nəticəsində 5 vətəndaşımız həlak olub, 15 nəfər isə yaralanıb”.
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin başçısı Fərzad Rəhmani bildirib.
Xatırladaq ki, Təbriz əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.
İranın Təbriz şəhərində beşmərtəbəli binada partlayış baş verib.
"Report" bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Təbriz Yanğından Mühafizə İdarəsinin Əməliyyat İdarəsinin rəis müavini Əkbər Dəşti bildirib ki, binanın uçmasına qaz partlayışı səbəb olub, lakin binanın çökmə səbəbi araşdırmalar başa çatdıqdan sonra rəsmi açıqlanacaq.
Dəşti dağıntılar altında qalan bina sakinlərinin sayının hələlik məlum olmadığını qeyd edib.