İranda uranium təmizləmək üçün yeni avadanlığın sınaqları başlayır

İranda uranium təmizləmək üçün yeni avadanlığın sınaqları başlayır İranda uranium filizini təmizləmək üçün yeni təkmilləşdirilmiş “IR-9” tipli sentrifuqların sınaqlarına başlayıb
Region
6 Aprel , 2021 14:33
İranda uranium təmizləmək üçün yeni avadanlığın sınaqları başlayır

İranda uranium filizini təmizləmək üçün yeni təkmilləşdirilmiş “IR-9” tipli sentrifuqların sınaqlarına başlayıb.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi yeni avadanlığın bütövlüklə yerli istehsalat olduğunu, müasir standartlara uyğun gəldiyini vurğulayıb.

Qeyd edək ki, İran nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planından (JCPOA) 2018-ci ildə ABŞ-ın çəkilməsindən sonra İran nüvə müəssisələrində yeni təkmilləşdirilmiş sentrifuqların tətbiqinə başlayıb. Bu il aprelin 1-dən isə Nətənz şəhərindəki yeraltı müəssisədə uran filizinin təmizlənməsi “İR-2m” tipli senrtifuqlar vasitəsilə həyata keçirilməyə başlayıb.

Bütövlükdə ölkənin müəssisələrində istifadə olunan “İR-1”, “İR-2m”, “İR-4” tipli sentifuqlardan yalnız “İR-1” JCPOA-nın şərtlərinə uyğundur.

Son xəbərlər

Orphus sistemi