İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Səravan rayonunda silahlıların hücumu nəticəsində iki bəsic ölüb.
“Report” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.
Bildirilib ki, bəsiclər şəxsi avtomobillərində işdən evə qayıdırmışlar. Onlara gözlənilmədən silahlılar hücum ediblər.
Hadisə noyabrın 18-də səhər saatlarında baş verib. İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirir.
Bəsic yarıhərbi silahlı təşkilatdır. O, Sepahın əsas kadr bazası sayılır.