İranın xarici banklardakı depozitləri azalıb

İranın xarici banklardakı depozitləri azalıb İranın xarici banklardakı depozitləri 5,3 milyard dollar azalaraq 12,7 milyard dollar təşkil edib.
Region
5 Fevral , 2024 11:38
İranın xarici banklardakı depozitləri azalıb

İranın xarici banklardakı depozitləri 5,3 milyard dollar azalaraq 12,7 milyard dollara düşüb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, məlumatı Beynəlxalq Hesablaşmalar Bankı yayıb.

Bu, 2023-cü ilin sonuncu üç rübünün, martın 21-dən dekabrın 21-dək olan dövrün göstəriciləridir.

Bildirilib ki, bu müddət ərzində İranın xarici banklarda və maliyyə qurumlarında depoziti 12 milyard 763 milyon dollar olub. Bu isə 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 5,3 milyarda dollar azalma deməkdir.

Məlumata görə, hesabat dövründə xarici banklara depozitin 69 faizi, yaxud 8 milyard 803 milyonu avro, 433 milyonu isə dollarla qoyulub.

Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankının baş ofisi İsveçrənin Bazel şəhərində yerləşir. Təşkilat ildə 4 dəfə beynəlxalq bankçılıq və maliyyə bazarlarında inkişafla bağlı hesabat hazırlayır. 63 ölkənin mərkəzi bankları bu maliyyə qurumunun üzvüdür.

Son xəbərlər

Orphus sistemi