“İranın xarici siyasəti 2015-ci il nüvə razılaşması ilə məhdudlaşmayacaq”.
“Report” xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“Xarici siyasətimiz nüvə sazişi ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqəmiz olacaq”, - Rəisi prezident seçkilərindən sonra mətbuat üçün ilk açıqlamasında bildirib.
“Biz İran xalqının maraqlarını nüvə anlaşmasına bağlamayacağıq”, - o daha sonra əlavə edib.