İranın yeni seçilən prezidenti gələn həftə and içəcək

İranın yeni seçilən prezidenti gələn həftə and içəcək İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.
Region
27 İyul , 2024 11:27
İranın yeni seçilən prezidenti gələn həftə and içəcək

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da səhər saat 10-da keçiriləcək.

“Report” xəbər verir ki, “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.

Məlumata görə, mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.

Son xəbərlər

Orphus sistemi