İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi rəsmi Tehrana qarşı sanksiyaların götürülməsi ilə bağlı ABŞ prezidenti Co Baydenlə görüşmək niyyətində olmadığını bildirib.
“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“İran sanksiyaların götürülməsi məsələsini müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə görüşmək niyyətində deyil”, - deyə Rəisi bu gün mətbuat konfransında bildirib.