"İran həmişə Səudiyyə Ərəbistanı ilə danışıqların başlaması mövqeyindən çıxış edib".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 19-da Tehranla Ər-Riyad arasında danışıqlarla bağlı məlumatı şərh edərkən bildirib.
“Biz bu xəbəri KİV-də görmüşük. Əsas məsələ odur ki, İran Səudiyyə Ərəbistanı Krallığı ilə danışıqları həmişə alqışlayıb. Bu hər iki ölkə xalqlarının maraqlarına, eləcə də Avropa sülh və təhlükəsizlik üçün vacibdir”, - o deyib.
Qeyd edək ki, “Financial Times” iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında birbaşa dialoqun başladığı haqqında xəbər yaymışdı. Bildirilib ki, aprelin 9-da Bağdadda İraqın baş naziri Mustafa Kaziminin vasitəçiliyi ilə tərəflər arasında danışıq olub.
Xatırladaq ki, 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanı Nimra ən-Nimra adlı ictimai xadimi edam etdikdən sonra krallığın İslam Respublikasının paytaxtı Tehrandakı səfirliyinin və Məşhəddəki Konsulluğunun binaları yandırılmışdı. Səudiyyə Ərəbistanı və bir sıra ərəb dövləti bu basqından sonra İranla diplomatik əlaqələri kəsib. Həmin dövrdə Tehran Pakistanın İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin tənzimlənməsi üçün vasitəçilik etməsinə razılıq vermişdi.