İraqın Baş naziri Mustafa əl-Kazımi İrana rəsmi səfər edib.
"Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
İran Prezidenti İbrahim Rəisi Tehrandakı konfrans salonunda İraq Baş nazirini rəsmən qarşılayıb.
Rəisi və əl-Kazimi ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
İraq hökumətinin başçısını İranın ali lideri Əli Xameneyi də qəbul edəcək.