Ermənistanda müxalifət yenidən hökumət əleyhinə aksiyalara başlayacaq.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalif Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.
O, qeyd edib ki, İrəvan bələdiyyəsinə noyabrın 9-10-da saat 18:00-dan 20:30-a qədər paytaxtın "Azadlıq” meydanında mitinq keçirmək niyyəti barədə bildirib.
Bələdiyyə öz növbəsində bu barədə məlumatı aldığını açıqlayıb.