İrəvanda bələdiyyə binası atəşə tutulub

İrəvanda bələdiyyə binası atəşə tutulub İrəvanın Nor Nork rayon bələdiyyəsinin binası atəşə tutulub.
Region
20 Fevral , 2024 11:41
İrəvanda bələdiyyə binası atəşə tutulub

Ermənistanın paytaxtı İrəvanın Nor Nork rayon bələdiyyəsinin binası atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, binanın ikinci mərtəbəsinin pəncərə şüşələrində 7 güllə izi tapılıb.

Həmçinin, yaxınlıqda dayanmış avtomobilin arxa pəncərəsində də güllə izi var.

Son xəbərlər

Orphus sistemi