2019-cu ildə Suriyada öldürülən İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən çox güvəndiyi və yaxın adamlarında biri olan, “Basim” kod adı ilə tanınan terrorçu İstanbulda yaxalanıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və İstanbul Terrorla Mübarizə Baş İdarəsinin birgə əməliyyatı nəticəsində saxlanılan şəxs, eyni zamanda terror təşkilatının “hərbi” birləşmələrin rəhbəri hesab edilir.
Qeyd edək ki, Suriyadan Türkiyəyə keçərək saxta pasportla İstanbulda yaşayan terrorçu şəhərin Ataşehir rayonunda ələ keçirilib.