“Əgər istəsəydik, S-400-lərin ikinci komplekti bu gün gələrdi”.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir açıqlayıb.
“Ancaq bizə birgə istehsal və texnologiyaların ötürülməsi vacibdir”, - o vurğulayıb.
Onun sözlərinə görə, əldə olunmuş S-400 sistemi fəaliyyətə hazırdır və ehtiyac yaranarsa, istifadə olunacaq.