İsrail Almaniyadan döyüş sursatları istəyib.
“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorus deyib.
O bildirib ki, söhbət döyüş gəmiləri üçün nəzərdə tutulan sursatlardan gedir.
Nazir silahların göndərilib-göndərilməməsi məsələsinə aydınlıq gətirməyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu oktyabrın 12-də Suriyadakı hava limanlarını bombalamağa başlayıb.