İsrail Prezidenti İsaak Herzoq Türkiyə səfiri Şakir Özkan Torunların etimadnaməsini qəbul edib.
“Report” xəbər verir ki, bunu dövlət başçısı tviterdə yazıb.
İ.Herzoq iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və tarixi əlaqələri inkişaf etdirmək istiqamətindəki fəaliyyətində diplomata uğurlar arzulayıb:
“İsrailə xoş gəlmişsiniz, Türkiyə səfiri Şakir Özkan Torunlar! Ötən il Ankaraya rəsmi səfərim zamanı İsrailin himnini eşitdiyim kimi, Prezident İqamətgahında Türkiyənin himnini eşitməkdən çox təsirləndiyinizə inanıram”, - İsrail Prezidenti bildirib.
Welcome to Israel, Ambassador of Türkiye, Şakir Özkan Torunlar @TelAvivBE! I trust you were as moved to hear Türkiye's anthem at the President's Residence as I was to hear Israel's during my State Visit in Ankara last year. pic.twitter.com/50CylzZSuf