2021-ci ilin sonunda Türkiyənin İstanbul aeroportu 36 milyon 988 min 563 nəfər sərnişinlə Avropanın ən işlək hava limanı olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurasının illik hesabatında deyilir.
Ötən il Avropanın hava limanlarında sərnişin axını 37 faiz artıb.
2021-ci ildə ən çox sərnişinə məhz Türkiyə və Rusiyanın hava limanları xidmət göstərib.
Siyahıda ikinci yerdə 30 milyon 943 min 456 sərnişinlə Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanı, üçüncü yerdə isə 26 milyon 201 min 698 sərnişinlə Parisin Şarl de Qoll hava limanı qərarlaşıb.
Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, İstanbul aeroportu 2020-ci ildə sərnişin sayına görə Avropa hava limanları arasında birinci yerdə qərarlaşıb.