İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib.
Qeyd olunub ki, o, PKK/YPG terror təşkilatının üzvü olub.
Xatırladaq ki,ötən il noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.