İstanbulda Məhmət Akif Ərsoyun Xatirə ev-muzeyinin açılışı olub

İstanbulda Məhmət Akif Ərsoyun Xatirə ev-muzeyinin açılışı olub Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy da iştirak edib
Region
12 Mart , 2021 19:48
İstanbulda Məhmət Akif Ərsoyun Xatirə ev-muzeyinin açılışı olub
0 : 00
0 : 00

Türkiyə himninin ("İstiqlal" marşı) qəbul edilməsinin yüz illiyi münasibətilə İstanbulda dövlət atributunun müəllifi Məhmət Akif Ərsoyun Xatirə ev-muzeyinin açılışı olub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, İstanbulun Bəyoğlu rayonunda yerləşən “Misir apartmanı” adlanan binada istifadəyə verilən ev-muzeyin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy da iştirak edib.

Şairin xəyal dünyası, həyatı və yaradıcılığı da daxil olmaqla bir neçə hissədən ibarət Xatirə ev-muzeyində həm Məhmət Akifə məxsus, həm də ona həsr olunan əsərlər, memuarlar və şeirlər, eyni zamanda müxtəlif illərə aid fotoları və şəxsi əşyaları nümayiş etdirilir.

Şairin ömrünün son illərini keçirdiyi Xatirə ev-muzeyinin açıldığı “Misir apartmanı” isə Məhmət Akif Ərsoyun həyatının böyük hissəsində əhəmiyyətli rol oynayan yaşayış yerlərindən biri hesab olunur.

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi