İstanbul Valiliyi meşələrə giriş qadağasının sentyabrın 30-dək uzadıldığını açıqlayıb.
Bu barədə "Report" Anadolu agentliyinə istinadən xəbər verir.
Valiliyin açıqlamasına görə, müvafiq qərar milli sərvət olan meşələrin bərpası üçün atılıb.
"Artan istilər və güclü külək səbəbindən meşələrə girməyə, ətrafında və ya içərisində piknik təşkil etməyə ayın 30-dək icazə verilməyəcək", - açıqlamada deyilir.