İstanbulda TDT-nin İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başa çatıb - YENİLƏNİB

İstanbulda TDT-nin İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başa çatıb - YENİLƏNİB Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başlayıb.
Region
14 Sentyabr , 2023 14:06
İstanbulda TDT-nin İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başa çatıb - YENİLƏNİB

Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başa çatıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, tədbirdə TDT-nin iqtisadiyyat və ticarətdən məsul nazirləri, nazir müavinləri və qurumda müşahidəçi dövlətlərin nümayəndələri iştirak ediblər.

Toplantıda TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndələri iqtisadiyyat və ticarət məsələrini müzakirə edib. Tədbirdən sonra birgə bəyanat imzalanıb.

Bəyanatda TDT-yə üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın inkişafına dair məsələlər yer alıb.

Türkiyənin ticarət naziri Ömər Bolat deyib ki, bu əməkdaşlıq daha da yüksək səviyyədə davam edəcək.

Tədbirdən sonra ailə fotosu çəkdirilib

Xatırladaq ki, toplantıda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev təmsil edib.

12:13

Bu gün İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) İqtisadi Əməkdaşlıq İşçi Qrupunun 14-cü Toplantısı başlayıb.

“Report”un Türkiyə bürosu xəbər verir ki, TDT-nin İqtisadiyyat və ticarətdən məsul nazirləri, nazir müavinləri və digər vəzifəli şəxslər, eləcə də türk dövlətlərindən olan ekspertlər toplantının gündəmində duran məsələləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev də iştirak edir.

Müzakirələrdən sonra bəyanat imzalanacaq.

Son xəbərlər

Orphus sistemi