İsveçin NATO-ya qəbul protokolu TBMM-də müzakirəyə çıxarılır

İsveçin NATO-ya qəbul protokolu TBMM-də müzakirəyə çıxarılır İsveçin NATO-ya üzvlük protokolunun təsdiqini təsdiq edən qanun layihəsi noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.
Region
14 Noyabr , 2023 12:58
İsveçin NATO-ya qəbul protokolu TBMM-də müzakirəyə çıxarılır

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.

“Report” xəbər verir ki, Komissiya iclasda bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Son xəbərlər

Orphus sistemi