İtkin düşən erməni hərbçilərin qohumları Yerevanda etiraz aksiyası keçirib

İtkin düşən erməni hərbçilərin qohumları Yerevanda etiraz aksiyası keçirib Həmin hərbçiləri Ermənistan hökuməti işğal altında saxladığı Azərbaycanın Qarabağ və ətraf bölgələrinə qanunsuz olaraq yollayıb
Region
11 Fevral , 2021 13:14
İtkin düşən erməni hərbçilərin qohumları Yerevanda etiraz aksiyası keçirib

Ermənistan hökumətinin binası qarşısında itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, hadisə yerindən “Novosti Armeniya” canlı yayım edib.

“Bu istiqamətdə hökumətin fəaliyyətsizliyinin şahidiyik. Uşaqlarımız haqqında real informasiya almaq istəyirik. Ancaq bizə bunu heç kim demir”, -aksiya iştirakçılarından biri deyib.

İtkin düşənlərin qohumları bildiriblər ki, 113 gündür övladlarından xəbər yoxdur. Aksiya iştirakçılarının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də baş tutmayıb.

Qeyd edək ki, həmin hərbçiləri Ermənistan hökuməti işğal altında saxladığı Azərbaycanın Qarabağ və ətraf bölgələrinə qanunsuz olaraq yollayıb.

Son xəbərlər

Orphus sistemi