İzmirdə kranın aşması nəticəsində ölənlərin sayı artıb

İzmirdə kranın aşması nəticəsində ölənlərin sayı artıb Türkiyənin qərbindəki İzmir şəhərində kran aşıb, azı 5 nəfər həlak olub
Region
31 Dekabr , 2022 05:06
İzmirdə kranın aşması nəticəsində ölənlərin sayı artıb

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda kranın aşması nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

“Report” xəbər verir ki, bu barədə şəhərin valisi Yavuz Selim Köşger tviterdə bildirib.

“An etibarilə sözügedən tikintidə dağıntılar altında qalan daha iki vətəndaşımızın meyitləri tapılıb. Ölənlərin ümumi sayı 6-ya çatıb”, - vali sosial şəbəkədə yazıb.

20:25

Türkiyənin qərbindəki İzmir şəhərində kran aşıb, azı 5 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, hadisə çoxmərtəbəli hotelin tikintisində baş verib.

TRT telekanalı xilasetmə xidmətlərindəki mənbələrə istinadən xəbər verir ki, hadisə kranın qaldırılması işləri zamanı baş verib.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi