Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski özünü koronavirus əleyhinə "Sputnik V" iynəsi vasitəsilə peyvənd etdirib.
“Report” xəbər verir ki, bu barədə TASS-a LDP-nin Dövlət Dumasındakı fraksiyasının mətbuat xidmətinin rəhbəri Aleksandr Dyupin bildirib.
O, qeyd edib ki, Liberal Demokrat Partiyasının lideri dünyada ilk dəfə Rusiya Səhiyyə Nazirliyinin Mərkəzi tərəfindən hazırlanmış "Sputnik V" koronavirus peyvəndinin kliniki tədqiqatlarının könüllü iştirakçısı olub. Vladimir Jirinovskidən başqa tədqiqatların bu mərhələsində Rusiyanın daha 40 min vətəndaşı vaksini alacaq.
Vaksinləmə iki mərhələdə keçiriləcək. "İkinci iynə birincidən üç həftə sonra hazırlanır. Vladimir Jirinovski sentyabrın sonunda vaksinin ikinci hissəsini alacaq, sonra həkimlər yarım il onun sağlamlıq vəziyyətinə nəzarət etməli olacaqlar", - fraksiyanın mətbuat xidmətinin başçısı deyib.