“Ermənistan Silah Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Artak Davtyan yaxın günlərdə həbs ediləcək”.
“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti noyabrın 19-u tarixli sayında yazıb.
Qəzetin yazdığına görə, Ermənistanın yeni təyin edilən müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyindəki bütün kadrları silkələmək və təşəbbüsü ələ almaq üçün gətirilib: “Təmizliyə başlamaq üçün uyğun kadrlar axtarır. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın da tutduğu vəzifədən azad edilməsi üçün siyasi qərar qəbul olunub. Ancaq yeni nazir hələ ki tələsmir. Çünki onu əvəz edəcək uyğun heyət yoxdur. Rəis 2 səbəbə görə işdən çıxarıla bilər: silahlı qüvvələrin döyüş qabiliyyəti və mütəşəkkiliyi lazımi səviyyədə deyil. Buna Baş Qərargahın rəisi cavabdehdir. Yaxın günlərdə Artak Davtyanın həbs ediləcəyi də istisna edilmir. Bu həm də onun əvəz edilməsi ilə bağlı siyasi qərarın qəbul olunmasından irəli gəlir”.