Kamçatkada Kuril gölünə düşmüş "Mi-8" helikopteri 110 metr dərinlikdə aşkarlanıb.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Hadisə yerində 15 xilasedici və su altında çalışan 3 aparat işləyir. Mütəxəssislər helikopterin çıxarılması və bu cür dərinlikdə işləmək taktikasını müəyyən edirlər.
Axtarışlar zamanı daha 1 sərnişinin meyiti aşkarlanıb.