Karasin: “Rusiya və Gürcüstan arasında hava əlaqəsinin bərpası məsələsi həll edilməyib”

Karasin: “Rusiya və Gürcüstan arasında hava əlaqəsinin bərpası məsələsi həll edilməyib” "Uçuşların bərpası məsələsi koronavirus pandemiyasından da asılıdır"
Region
3 Mart , 2021 20:33
Karasin: “Rusiya və Gürcüstan arasında hava əlaqəsinin bərpası məsələsi həll edilməyib”
Qriqori Karasin

“Rusiya və Gürcüstan arasında birbaşa aviareyslərin bərpası məsələsi həll olunmamış qalır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiyanın senatoru Qriqori Karasin TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, uçuşların bərpası məsələsi koronavirus pandemiyasından da asılıdır: “Gürcüstan tərəfi hər zaman Rusiya vətəndaşlarını qəbul etməyə hazır olub. Lakin reyslərin bərpası üçün lazımi şərtlər yaratmaq lazımdır. Gürcüstana yollanan vətəndaşlarımız özlərini təhlükəsizlikdə hiss etməlidirlər. İndi bu məsələyə tibbi və sağlamlıq təhlükəsizliyi də əlavə olunub”.

Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-də dayandırıb. Gürcüstan martın 1-dən etibarən hava sərhədlərini Rusiya vətəndaşları üçün açıb.

Son xəbərlər

Orphus sistemi