Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladze tibbi müayinədən keçmək üçün xaricə gedib.
“Report”un yerli bürosu xəbər verir ki, merin hansı ölkədə olduğu açıqlanmır.
K.Kaladzenin Gürcüstana gələn həftənin sonunda qayıdacağı gözlənilir.
Xatırladaq ki, Tbilisi meri martın 26-dan vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu ilə yerli klinikada müalicə alıb. Yekun diaqnoz isə işemik genezli koxlear-vestibulyar disfunksiya olub. O, aprelin 4-də xəstəxanadan evə yazılıb.
Yerli mətbuatın yazdığına görə, K.Kaladze siyasətdən getməyi planlaşdırır. O, bu ilin payızında keçiriləcək yerli seçkilərdə iştirakı ilə bağlı suala hələ birmənalı cavab verməyib.