Gürcüstanın paytaxtı Tbilisiyə mer seçkiləri ilə bağlı 769 məntəqənin hamısında səslərin sayılması prosesi yekunlaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,04 % səs əldə edib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 33,96 %, “Gürcüstan naminə” partiyasının namizədi, keçmiş baş nazir Giorgi Qaxariya isə 9,36 % səs toplayıb.
Bununla mer seçkilərinin II mərhələsi qaçılmaz olub. Bu turda mübarizə K.Kaladze və N.Meliya arasında gedəcək. Səs çoxluğu qazanacaq namizəd mer seçiləcək.