KİV: "Ermənistanın Hərbi Polisinin rəisi işdən çıxarılacaq"

KİV: "Ermənistanın Hərbi Polisinin rəisi işdən çıxarılacaq" Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri Aşot Zakaryan tezliklə vəzifəsindən azad ediləcək.
Region
10 Noyabr , 2021 10:09
KİV: Ermənistanın Hərbi Polisinin rəisi işdən çıxarılacaq

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi Aşot Zakaryan tezliklə vəzifəsindən azad ediləcək.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli “Hparak” qəzeti yazıb.

Bildirilib ki, onun müqavilə müddəti oktyabrın 10-da başa çatıb. Eyni zamanda, Zakaryanın keçmiş müdafiə naziri David Tonoyan və biznesmen David Qalstyanla əlbir olduğu iddia edilir.

Nəşrin məlumatına görə, artıq həmin vəzifəyə yeni namizəd var.

A.Zakaryan isə bu iddiaları rədd edib.

Son xəbərlər

Orphus sistemi