Ermənistanın müdafiə naziri Suren Papikyan istefaya göndəriləcək.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu yerli KİV yazıb.
Məlumata görə, o, diplomatik vəzifəyə təyin olunacaq.
Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan və S.Papikyan artıq bu barədə razılığa gəliblər.
Bildirilib ki, N.Paşinyan bu yolla Azat kəndindəki hərbi hissədə 15 hərbçinin ölümü ilə nəticələnən yanğın hadisəsini unutdurmağa çalışacaq.