Gürcüstanın xarici işlər naziri David Zalkaliani yeni hökumətdə təmsil olunmayacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bunu yerli mətbuat yazıb.
Məlumatlara əsasən, iqtisadi komandanın tərkibində də dəyişikliklərin olacağı gözlənilir. Bəzi deputatların nazir postuna təyin olunacaqları da bildirilir.
Qeyd edək ki, yeni Nazirlər Kabinetinin tərkibi artıq müəyyənləşib. Siyahı bu gün parlamentə təqdim olunacaq.