KİV: Rusiya Gürcüstanı dost olmayan ölkələr siyahısına daxil edib

KİV: Rusiya Gürcüstanı dost olmayan ölkələr siyahısına daxil edib Rusiyaya dost olmayan ölkələrin siyahısında Gürcüstan da yer alıb
Region
27 Aprel , 2021 12:51
KİV: Rusiya Gürcüstanı dost olmayan ölkələr siyahısına daxil edib

Rusiyaya dost olmayan ölkələrin siyahısında Gürcüstan da yer alıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Kremlə yaxın olan jurnalist Dmitri Smirnov Telegram kanalında yayıb.

O bildirib ki, siyahıda Gürcüstanla yanaşı Litva, Latviya, Estoniya, Ukrayna, Polşa, Böyük Britaniya da var.

Jurnalist qeyd edib ki, ABŞ və Çexiya da dost olmayan ölkələr sırasına daxil olunacaq.

Xatırladaq ki, aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin hökumətə ölkəyə dost olmayan dövlətlərin siyahısını hazırlamağı tapşırıb.

Son xəbərlər

Orphus sistemi