Kiyev şəhər hakimiyyəti fevralın 24-dən komendant saatı tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda bildirib.
"Komendant saatı saat 22:00-dan 07:00-a kimi qüvvədə olacaq. Bu, məcburi addımdır, lakin hərbi vəziyyətin hökm sürdüyü indiki şəraitdə paytaxtın təhlükəsizliyi üçün zəruridir”, - Kliçko deyib.
Komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək, metro stansiyaları gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcək.
Müəyyən kateqoriyadan olan vətəndaşların sənədləri olduqda hərəkəti mümkün olacaq.