Kiyevdə raket qalıqları yaşayış binasında yanğın törədib, xəsarət alanlar var

Kiyevdə raket qalıqları yaşayış binasında yanğın törədib, xəsarət alanlar var Kiyevdə partlayış səsləri eşidilir, işğalçılar qanadlı və ya ballistik raketlərlə zərbələr endirirlər
Region
25 Fevral , 2022 08:44
Kiyevdə raket qalıqları yaşayış binasında yanğın törədib, xəsarət alanlar var

Bu gün yerli vaxtla saat 4:22 (Bakı vaxtı ilə saat 6:22) radələrində Ukraynanın paytaxtı Kiyevin müxtəlif rayonlarında partlayış səsləri eşidilib.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Xüsusilə paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə partlayış səsləri eşidilib. Kiyevin Troyeşçina ərazisində artıq 6-ya yaxın partlayış olub.

"İndicə Kiyevə qanadlı və ya ballistik raketlərlə hücumlar davam etdi. Mən iki güclü partlayış səsi eşitdim", - daxili işlər nazirinin müşaviri Anton Qeraşenko bildirib.

“Kiyevdə Rusiya pilotsuz uçuş aparatının düşməsindən sonra Koşitsa küçəsi, 7 a ünvanında 9 mərtəbəli yaşayış binası 4-cü mərtəbədən 9-cu mərtəbəyə kimi yanıb. Xilasedicilər onu söndürüblər.

Yəqin ki, mülki əhali arasında çoxlu itki var!”, - Anton Qeraşenko bildirib.

Kiyevin digər ərazisində də raket parçaları yaşayış binasına düşüb. İlkin məlumata görə, Koşitsa küçəsi, 7 A ünvanında yerləşən yaşayış binasına raket qalıqları düşməsi nəticəsində biri ağır olmaqla 3 nəfər yaralanıb.

Bu barədə isə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat verib.

"Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Bütün təcili yardım xidmətləri yerində işləyir. Bina yanır, dağılmaq təhlükəsi var", - paytaxt rəhbəri yazıb.

Son xəbərlər

Orphus sistemi