Kiyevin üç rayonunda partlayış olub

Kiyevin üç rayonunda partlayış olub Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Region
18 May , 2023 07:14
Kiyevin üç rayonunda partlayış olub

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, partlayışlar paytaxtın Darnitski, Dnepr və Desnyanski rayonlarında qeydə alınıb.

Partlayışların ardınca Desnyanskidə qeyri-yaşayış binasında, Darnitskidə isə müəssisədə yanğın baş verib.

Bildirilib ki, hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko qeyd edib ki, paytaxta hücum davam edir. O, sakinləri sığınacaqları tərk etməməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi