Korotçenko: "Rəsmi İrəvanın revanş yolunun sonu yoxdur"

Korotçenko: "Rəsmi İrəvanın revanş yolunun sonu yoxdur" "Üçtərəfli bəyanatda Ermənistan tərəfinin yerinə yetirməli olduğu öhdəliklər dəqiq öz əksini tapıb. Onlara əsasən Ermənistan Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən bütün silahlı birləşmələrini çıxarmalıdır. Onun da nəqliyyat kommunika
Region
17 Avqust , 2021 17:35
Korotçenko: Rəsmi İrəvanın revanş yolunun sonu yoxdur
İqor Korotçenko

"Üçtərəfli bəyanatda Ermənistan tərəfinin yerinə yetirməli olduğu öhdəliklər dəqiq əksini tapıb. Onlara əsasən, Ermənistan Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən bütün silahlı birləşmələrini çıxarmalıdır. Nəqliyyat kommunikasiyalarını açması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlaması üçün Rusiya tərəfindən də olmaqla, növbəti siyasi təzyiq tədbirlərindən istifadə edilməlidir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir. Belə ki, rəsmi Bakını sərhəd münaqişələrinə cəlb etməyə və bunun sonradan daha böyük müharibəyə keçəcəyinə ümid edir.

“Ermənistanın təxribatçı siyasətinə Azərbaycan tərəfindən əvvəl-axır müəyyən cavab veriləcək. Rəsmi İrəvan praktiki nəticələr çıxarmalıdır, çünki revanş yolu sonu olmayan yoldur”, - ekspert qeyd edib.

Korotçenko əmindir ki, Ermənistan ictimaiyyətinin böyük hissəsi ötən ilin noyabrında düşdüyü vəziyyətə yenidən düşmək istəmir. Onun fikrincə, Ermənistanın siyasi elitası bundan dərs çıxarmalıdır.

“Rəsmi İrəvanın bunu istəyib-istəməməsindən asılı olmayaraq, mehriban qonşuluq münasibətlərini qoruyub saxlamaq lazımdır. Bunun alternativi yoxdur”, - rusiyalı politoloq fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi