Rusiyanın Krasnoyarsk şəhəri ərazisində cari ilin əvvəlindən üçüncü dəfə “qara səma” rejimi elan edilib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlaka Nəzarət Regional Baş İdarəsindən bildirilib.
“Krasnoyarsk ərazisinin atmosferində əlverişsiz meteoroloji şərait olduğundan havada zəhərli tullantıların olacağı gözlənilir”, - məlumatda vurğulanıb.
Orqanizmə zəhərli kimyəvi maddələrin daxil olacağı barədə xəbərdarlıq edilib və bu səbəbdən sakinlərə açıq hava şəraitində daha az olmaq məsləhət görülür.