KTMT-nin Baş katibi: "Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib"

KTMT-nin Baş katibi: "Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib" “Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.
Region
10 Avqust , 2021 13:22
KTMT-nin Baş katibi: Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib
Stanislav Zas

“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir.

S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə monitorinq həyata keçirir.

Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir.

Son xəbərlər

Orphus sistemi