Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin müdafiə nazirləri sülhməramlı qoşunların Qazaxıstandan çıxarılmasının təşkili barədə qərar imzalayıblar.
“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun katibliyi məlumat yayıb.
Məlumata görə, sənəd KTMT-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının (MNŞ) bu gün videokonfrans formatında növbədənkənar iclasında imzalanıb.