Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlı qüvvələrinin komandanı vəzifəsinə namizəd artıq mövcuddur.
“Report” xəbər verir ki, bu barədə təşkilatın baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.
O, qeyd edib ki, bununla bağlı qərar hələ rəsmiləşdirilməyib.
“Mən hələlik hadisələri qabaqlamaq istəmirəm, çünki qərar hələ rəsmiləşdirilməyib. KTMT-nin Müdafiə Nazirləri Şurası kollektiv sülhməramlı qüvvələrin komandirinin təyinatı ilə bağlı qərar verəcək. Artıq namizəd var, amma hələ təsdiqlənməyib, ona görə də onun adını açıqlamaq istəmirəm. Qərar daha sonra mediada dərc olunacaq”, - deyə Zas bildirib.