Küveyt Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri (AQFET) üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının 28-ci iştirakçısı olub.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“1999-cu ildə şuranın 15 üzvü var idisə, hazırda onların sayı 27-yə çatıb. Bu, əslində, Asiya ölkələri və bütövlükdə dünya ictimaiyyəti qarşısında forumun nüfuzunun artmasından xəbər verir. Küveytin Zirvə Toplantısının üzvü kimi bizə qoşulmasından məmnunluq duyuruq”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, sammitdə Qazaxıstanın sədr ölkə kimi səlahiyyətlərinin 2024-cü ilədək uzadılması qərara alınıb.