Latviya sərxoş sürücülərdən müsadirə etdiyi avtomobilləri Ukraynaya verib

Latviya sərxoş sürücülərdən müsadirə etdiyi avtomobilləri Ukraynaya verib Latviya hökuməti sərxoş sürücülərdən müsadirə etdiyi 66 avtomobili Ukraynaya tədarük edib.
Region
5 İyun , 2023 15:41
Latviya sərxoş sürücülərdən müsadirə etdiyi avtomobilləri Ukraynaya verib

Latviya hökuməti sərxoş sürücülərdən müsadirə etdiyi 66 avtomobili Ukraynaya tədarük edib.

“Report” xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Bildirilib ki, müsadirə edilən avtomobillərin Ukraynaya verilməsi haqqında qanun 2023-cü ilin fevralında qəbul olunub.

Bundan əvvəl Latviya Dövlət Gəlirləri Xidməti müsadirə edilmiş nəqliyyat vasitələrini hərraca çıxarırmış.

Ukrayna hökumətinə təhvil verilən avtomobillərin markaları açıqlanmır.

Qanunla müsadirə edilən avtomobillərin köhnə və bərbad vəziyyətdə və orta hesabla 2 min avroya olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi