Latviyada “Sovet Ordusu döyüşçüləri” abidəsinin sökülməsinə icazə verilib

Latviyada “Sovet Ordusu döyüşçüləri” abidəsinin sökülməsinə icazə verilib Latviyanın paytaxtı Riqada “Sovet Ordusunun döyüşçülərinə - Sovet Latviyasını və Riqanı nasist işğalçılarından azad edənlər” (və ya qeyri-rəsmi adla “Qələbə abidəsi”) abidəsinin sökülməsinə icazə verilib
Region
12 May , 2022 14:37
Latviyada “Sovet Ordusu döyüşçüləri” abidəsinin sökülməsinə icazə verilib

Latviyanın paytaxtı Riqada “Sovet Ordusunun döyüşçülərinə - Sovet Latviyasını və Riqanı nasist işğalçılarından azad edənlər” (və ya qeyri-rəsmi adla “Qələbə abidəsi”) abidəsinin sökülməsinə icazə verilib.

“Report” Latviya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə parlamenti qərar qəbul edib.

Xatırladaq ki, Latviyada 9 May - Faşizm üzərində Qələbə Günündə mümkün təxribatın qarşısını almaq məqsədilə sovet abidələrinə yaxınlaşmaq yasaqlanmışdı.

Qeyd edək ki, “Sovet Ordusu döyüşçüləri” abidəsinin sökülməsi məsələsi hələ ötən əsrdən bəri müzakirə olunur. Belə ki, 1996-cı ilin aprelində Latviyanın Milli Müstəqilliyi Uğrunda Millətçi Hərəkatın 9-cu Konqresi Riqadakı abidənin sökülməsi barədə qərar qəbul edib.

1997-ci ildə “Perkonkrusts” (latış millətçi təşkilatı) üzvləri abidə yaxınlığında yerləşdirilmiş partlayıcı qurğu yerləşdirərək abidəyə zərər vurublar.

1997-ci il partlayışından sonra Riqa Şəhər Şurası abidənin təmiri üçün 10 500 lat (Latviyanın keçmiş milli valyutası), abadlıq işlərinə isə daha 18 000 lat ayırıb.

2012-ci ildə ədliyyə naziri Yanis Bordans bildirib ki, “işğalçı hakimiyyətin abidəsi” Milli Kitabxananın yanında olmamalıdır. Prezident Andris Berzinş isə abidənin sökülməsinə qarşı çıxıb.

2019-cu ildə baxılmaq üçün Seymə petisiya təqdim edilib, burada nəinki abidənin sökülməsi, həm də 1994-cü ildə Rusiya ilə bağlanmış sovet əsgərlərinin abidələrinin və kütləvi məzarlarının mühafizəsi ilə bağlı müqavilənin ləğvi təklif edilib.

Riqa meri Dainis Turlais nasist işğalçılarından azad edən sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsi təklifini tənqid edib. Mer xatırladıb ki, bu obyekt Latviya ilə Rusiya arasında beynəlxalq müqavilənin mühafizəsi altındadır və bu o deməkdir ki, abidə ilə bağlı qəbul edilmiş qərarlara görə respublikanın Xarici İşlər Nazirliyi məsuliyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi