"Dövlət katibi Entoni Blinkenlə görüş Rusiyanın təhlükəsizliklə bağlı təminatına cavab verməsi üçün ABŞ-a kömək edə bilər".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdən əvvəl bildirib.
Onun sözlərinə görə, ABŞ Rusiya tərəfinin görüş təklifini faydalı saydıqlarını qəbul edib: “Ümid edirik ki, bu, bütün təkliflərimizə konkret cavablar hazırlamağa kömək edəcək. Əgər əks təklifləriniz varsa, onu da əlavə edə bilərsiniz".
Qeyd edək ki, Entoni Blinken S.Lavrovla görüşə yazılı cavab aparmadığını bildirmişdi.