“NATO Rusiya ilə sərhədə hərbi texnika yerləşdirir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Qərb çoxdandır ki, Ukraynanı anti-Rusiya hərəkətlərinə təhrik edir. Kiyevin hərbi avantüraya girəcəyini istisna edə bilmərik, bu, Rusiyanın təhlükəsizliyinə təhdid yaradır”, - XİN başçısı əlavə edib.
S.Lavrov rəsmi Kiyevin Saakaşvilinin 2008-ci ildə seçdiyi yol ilə getməyəcəyinə ümid etdiyini bildirib.