“Rusiya Gürcüstan ilə birbaşa hava reyslərinin tezliklə bərpa olunacağına ümid edir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirəm ki, tezliklə birbaşa uçuşları bərpa edə biləcəyik”, - xarici işlər naziri mətbuat konfransında bildirib.
“Mən şadam ki, insanlarımızla Gürcüstan arasında əlaqələr fəal şəkildə inkişaf edir. Ötən il Gürcüstanın ÜDM-i 10 faiz artıb ki, bu da, əsasən turizm və Rusiya Federasiyası ilə münasibətlər hesabına baş verib”, - XİN başçısı vurğulayıb.